İqtisadiyyat

Nazir: “Cənub Qaz Dəhlizi” Avropaya enerji ehtiyatlarının tədarükü üçün böyük əhəmiyyət kəsb edir

15 Fevral 2018 09:13
Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Trend agentliyinin Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü iclası ilə bağlı eksklüziv müsahibəsini təqdim edir:

Azərbaycan və Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq

Nazirin sözlərinə görə, Bolqarıstan və Azərbaycan arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və energetika sahəsində ikitərəfli əlaqələr çox gözəl inkişaf etməkdədir.

O qeyd edib ki, hər iki ölkə Xəzər dənizi və Qara dəniz arasında coğrafi körpüdür və Xəzər regionundan Cənub-Şərqi və Mərkəzi Avropaya qaz tədarükü üçün təbii marşrutdur: "Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqaviləmiz var. Baş nazir Boyko Borisovun və Bolqarıstan hökumətinin Bakıya səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanda ev təsərrüfatının qazlaşdırılmasında iştirak etməyə maraq göstərmişdi".

"Cənub Qaz Dəhlizi" layihəsinin Bolqarıstan üçün əhəmiyyəti

T.Petkova deyib ki, "Cənub qaz dəhlizi" Avropanın müxtəli qaz mənbələrinə çıxışını təmin edəcək: ""Cənub Qaz Dəhlizi" layihəsi Avropaya enerji ehtiyatlarının tədarükü üçün böyük əhəmiyyət kəsb edir. İmkandan istifadə edərək mən azərbaycanlı tərəfdaşlarımıza bu layihə çərçivəsində fəal işinə görə minnətdarlıq bildirmək istərdim. Həmin layihə bizim əsas prioritetlərimizdən biri olan təbii qaz mənbələrini və tədarük marşrutlarını diversifikasiyalaşdırmağa imkan verəcək".

Nazir vurğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin tikintisi hesabına avropalı istehlakçılar Xəzər regionundan, Şərqi Aralıq dənizi və digər uzaq mənbələrdən mayeləşdirilmiş təbii qaz terminalları vasitəsilə qaz əldə edə biləcəklər.

Azərbaycandan Bolqarıstana əlavə qaz tədarükünün təmin olunması imkanları barədə

T.Petkova qeyd edib ki, Bolqarıstan Azərbaycanda yeni qaz yataqlarının işlənməsi təqdirində əlavə təbii qaz tədarükü imkanlarına maraq göstərir: "Mən onu da qeyd etmək istərdim ki, biz Bolqarıstanın yaxşı inkişaf etmiş qaz infrastrukturundan və hazırda reallaşdırılan "Balkan" regional qaz qovşağından istifadə etməklə Azərbaycan qazının Cənub-Şərqi və Mərkəzi Avropaya tranzitini təmin etməyə hazırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.