İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

14 Fevral 2018 23:10
3 Şərh     Baxış: 1 415

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 59 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 13-də 61,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Kserks · 15 Fevral 09:3810

    "fevralın 13-də" yox, "fevral ayının 13-nə" yazılmalıdır.

    Cavab yaz
  • Anonim
    Kserks · 15 Fevral 09:4010

    Soruşmaq ayıb olmasın. Çox barel-barel yazırsiz. 1 barel neçə litrdir.

    Cavab yaz
    • Anonim
      Kserks · 15 Fevral 09:4610

      Sonda sual(?) işarəsi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.