İqtisadiyyat

Azərbaycan neftinin bazarda qiyməti dəyişib

13 Fevral 2018 23:21
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,2 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,41 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 62,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.