İqtisadiyyat

Ələtə investorlar necə cəlb edilməlidir? - VİDEO

13 Fevral 2018 21:38
0 Şərh     Baxış: 401

Dünyada 3500 azad iqtisadi zona var. Ancaq onların cəmi 150-si normal işləyir. Milli Məclisin bugünkü plenar iclasında bu sözlərlə çıxış edən spiker Oqtay Əsədov Ələt Azad İqtisadi zonası ilə bağlı qanun layihəsinin önəmini xüsusi qeyd edib. Parlamentdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı da yeni qanun layihəsi müzakirə olunub. Məqsəd bu təbəqədən olan şəxslərin həyat şəraitini yaxşılaşdırmaqdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Milli Məclisin bügünkü iclası İnsan Hüquqları üzrə Avropa məhkəməsindəki Azərbaycanlı hakimlərə eyni zamanda, Konstitusiya Məhkəməsinin hakimi təminatlarının verilməsi ilə bağlı təklifin müzakirəsi isə başladı. Təklif səsə qoyularaq qəbul olunub.

Daha sonra Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı edib. Bələdiyyələrin yol verdiyi qanunsuzluqların ötən il öncəki ilə nisbətən 3 dəfə azalması müsbət hal kimi qiymətləndirilib. Hesabatla bağlı fikir bildirən millət vəkili Əli Məsimli bələdiyyələrin imkanlarının genişləndirilməsini vacib hesab edib.

Geniş müzakirə olunan qanun layihələrindən biri də Ələt azad iqtisadi zonası haqqında qanun layihəsi oldu. Müzakirələrdə çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov xarici investorların cəlbi üçün azad iqtisadi zona ilə bağlı qanun layihəsinin çox böyük əhəmiyyət daşıdığına diqqət çəkib.

Parlamentin gündəliyində geniş müzakirələrə səbəb olan qanun layihələrindən biri də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi oldu. Layihə barədə danışan əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ölkədəki əlillərin sayını açıqlayıb.

Əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramının hazırlanacağı da qeyd olunub. Layihə birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ələtə investorlar necə cəlb edilməlidir?

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.