İqtisadiyyat

Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı

13 Fevral 2018 14:28
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb.

Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: "Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır."

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında işə salınıb. Açılış mərasimi oktyabrın 30-u Bakıda baş tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.