İqtisadiyyat

Gözləmə, 500 manat qazan!

13 Fevral 2018 10:41
Baxış: 1 187

Kapital Bank Facebook və Twitter sosial şəbəkə istifadəçiləri üçün yeni müsabiqə keçirir.

Şərtlərə görə, istifadəçilər www.gozleme.az saytına daxil olub, "Nəyi gözləmək istəmirsiniz?" sualına cavab verib, Facebook və Twitter sosial şəbəkələrdəki şəxsi profil səhifəsində #gozleme həştagi ilə paylaşmalıdırlar.

23 fevral 2018-ci il tarixində keçiriləcək tiraj zamanı 11 istifadəçinin hər biri 500 manat qazanacaq. Lotereyada iştirak üçün istifadəçilər heç nə ödəmirlər və iştirak pulsuzdur. Bir profilin sahibi yalnız 1 dəfə qeydiyyatdan keçib, lotereya iştirakçısı ola bilər. Ətraflı məlumat üçün - www.gozleme.az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.