İqtisadiyyat

Azərbaycanda inflyasiyanın azalma SƏBƏBLƏRİ - Elman Rüstəmov açıqladı

12 Fevral 2018 13:59
Baxış: 861

Antiinflyasiya pul siyasəti, pul kütləsinin optimal idarə olunması, eləcə də 2017-ci ilin ortalarından manatın məzənnəsinin sabitləşdirilməsi inflyasiyanın birrəqəmli göstəricidə qalmasında vacib rol oynayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Bank sədri qeyd edib ki, proqnozlara əsasən, inflyasiyanın azalması davam edəcək və 2018-ci ilin sonunadək inflyasiya planlaşdırılan həddə çatacaq.

Mərkəzi Bankın rəhbəri onu da vurğulayıb ki, fiziki şəxslər arasında və biznes sektorunda, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalması dinamikası daha aşağı inflyasiya proqnozlaşdırmağa əsas verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.