İqtisadiyyat

Elman Rüstəmov kriptovalyutalarla bağlı əhaliyə müraciət edib

12 Fevral 2018 12:30
Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib.

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır", - deyə E.Rüstəmov vurğulayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.