İqtisadiyyat

Bakı-İstanbul-Vyana sərnişin qatarı bu tarixdə ilk səfərinə yola düşəcək

11 Fevral 2018 11:37
9 Şərh     Baxış: 9 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.

Artıq Azərbaycan Fransanın "Stadler Rail Group Alstom" firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın newstbilisi portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.

Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.