İqtisadiyyat

FAO-dan Azərbaycana DƏSTƏK

11 Fevral 2018 08:29
0 Şərh     Baxış: 834

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

M.Çakmakın sözlərinə görə, FAO Qlobal Ekologiya Fondu (GEF) və Azərbaycan hökuməti ilə birgə ölkənin meşə ehtiyatlarının monitorinqi layihəsinin reallaşdırılmasına başlayıb: "Layihə Azərbaycanın meşə ehtiyatlarının inventarlaşdırılmasını həyata keçirməyə imkan verəcək. Sonuncu dəfə bu proses SSRİ dövründə, 1988-ci ildə keçirilmişdi".

FAO ofisinin rəhbəri bildirib ki, inventarlaşdırılma Azərbaycana meşə ehtiyatları ilə bağlı siyasət formalaşdırmağa və bu sahədə layihələri uğurla reallaşdırmağa imkan verəcək: "Layihə çərçivəsində Azərbaycanın Ağdam və Qax rayonlarında zərər görmüş meşə massivlərinin bərpası da planlaşdırılır. Bu, torpaqları qorumağa, eləcə də havaya karbon qazının buraxılmasının qarşısını almağa kömək edəcək".

M.Çakmak bildirib ki, əsas maliyyələşdirməni GEF öz üzərinə götürüb, FAO və Azərbaycan hökuməti isə layihəyə qeyri-maddi kömək göstərəcək: "GEF bu layihə üçün 1,5 milyon dollar ayırıb. FAO və hökumət isə bu layihəyə işçi qüvvəsi və digər ehtiyatlarla kömək edəcək ki, bu da müvafiq olaraq 1 milyon və 2-3 milyon dollara bərabər olacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.