İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

9 Fevral 2018 23:14
0 Şərh     Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,57 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,56 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 8-də 61,34 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,71 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 8-də 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,51 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.