İqtisadiyyat

Beynəlxalq Banka yeni baş direktor təyin edilib

9 Fevral 2018 13:36
Baxış: 8 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AccessBank"ın icraçı direktoru dövlət bankının rəhbərliyinə təyinat alıb

Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.

"AccessBank" A.Süleymanlıya gələcək fəaliyyətində uğurlar arzulayır!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.