İqtisadiyyat

Neft sürətlə ucuzlaşır - Səbəblər və qorxulu proznozlar

8 Fevral 2018 10:45
0 Şərh     Baxış: 3 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. Bir müddət əvvəl 70 dollarlıq psixoloji həddi keçən "qara qızıl" yenidən dəyər itirir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı spekulyativ müdaxilələrlə bağlı idi: "Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyularının sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır. Bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Venesuela, Liviya və Nigeriya kimi ölkələrdə neft hasilatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirimləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir".

Ekspertin fikrincə, neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər: "Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşması, dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər".



Qeyd edək ki, son həftə ərzində ABŞ-da gündəlik hasilatı 10,25 milyon barelə yüksəlib. Belə davam edərsə, ABŞ gələn il neft hasilatında Rusiyanı da qabaqlayaraq 1-ci yerə çıxacaq.

Xatırladaq ki, bir müddət əvvəl OPEC və Rusiya neft hasilatının azaldıması barədə qərar verəndə ABŞ əksinə, neft hasilatını sürətlə artırmağa başlamışdı. Ona görə də bir sıra ekspertlər, nefin dünya bazarında qiymətinin 60 dollardan da aşağı düşəcəyini proznozlaşdırırlar.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.