İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

24 Yanvar 2018 23:10
0 Şərh     Baxış: 1 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 71,42 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,48 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 70,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 23-də 67,92 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 23-də 69,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.