İqtisadiyyat

Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq - tikinti başlayıb - VİDEO

20 Fevral 2018 21:17
0 Şərh     Baxış: 4 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdan Rusiya sərhədinə qədər yeni tikiləcək yolla da getmək mümkün olacaq. Bunun üçün artıq tikinti işlərinə başlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikiləcək yol sürücülərin işini daha da rahatlaşdıracaq.
Çəkiləcək 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.

Yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Əsas qəsəbə və rayon mərkəzlərindən magistral yola giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolda heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması da nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Əflatun Qasımovun sözlərinə görə, əgər yolun çəkilişi zamanı layihəyə obyektlər və yaşayış elvəri düşərsə sahibinə qurum tərəfindən kompensasiya ödəniləcək.

Yolun istifadəyə veriləcək tarixi isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, Prezident İlham Əliyev bu yolun tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncamın icrası üçün Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat vəsait ayrılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.