İqtisadiyyat

IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək

22 Yanvar 2018 19:37
0 Şərh     Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il MDB ölkələrində 2,2%-lik iqtisadi artım qeydə alınacaq. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş "World Economic Outlook 2018" hesabatında qeyd edilib.

Hesabata görə, 2017-ci ildə də eyni həcmdə artımın olduğu gözlənilir. 2016-cı ildə isə bu rəqəm 0,4%-ə bərabər olub. IMF 2019-cu ildə isə MDB ölkələrində iqtisadi artımın 2,1% olacağını proqnozlaşdırır.

Fond 2017-ci ilin oktyabrında yenilədiyi eyniadlı hesabatında 2018-ci il üçün 2,1%-lik iqtisadi artım proqnozlaşdırmışdı. 2019-cu il üçün isə bu rəqəm dəyişməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.