İqtisadiyyat

Ərəblər Azərbaycanda hotel biznesi qurmaq istəyirlər

16 Yanvar 2018 20:23
3 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb investorları Azərbaycanda hotel biznesinə, xüsusilə "ekonom" seqmentində hotellərə maraq göstərir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə hələlik Azərbaycanda hotellərin satın alınması barədə faktlar olmayıb: "Bizdə hansısa Azərbaycan hotelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar "ekonom" kateqoriyalı - iki və üçulduzlu hotellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb".

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus hotellər qeydiyyatda mövcud deyil: "Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi hotellər qarşımıza çıxmayıb".

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının hotel biznesinə cəlb olunmasına zərurət yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.