Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Türkiyənin Mardin vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycana həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, Xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, Türkiyə mətbuatında xəstəliklə bağlı xəbərlər yayılsa da, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı və Türkiyə rəsmi orqanları tərəfindən Azərbaycana məlumat verilməyib.
Y.Xanvəli buna baxmayaraq, həmin məlumatın diqqətdə saxlanıldığını da söyləyib.
Xidmətin mətbuat katibi Azərbaycanın Mardin vilayətindən diri quş, quş əti və quşçuluq məhsulları almadığını da söyləyib.
Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycan quşçuluq məhsullarını epizootik vəziyyətin sabit olduğu ərazilərdən - Türkiyənin İstanbul zonasından, Rusiyadan, Gürcüstandan və Ukraynadan idxal edir.
Xidmət rəsmisi ötən ilin mart-aprel aylarında Moskva və Moskvaətrafı vilayətdə "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyduğunu da xatırladıb.
Y.Xanvəli Azərbaycanda epizootik vəziyyətin normal olduğunu deyib.
Qeyd edək ki, Türkiyə mətbuatında yayılan məlumata görə, ölkənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb. Kənddə xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
PSJ "Barselona"ya qalib gəldi, "Liverpul" və "Mançester Siti"dən qələbə
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)





