İqtisadiyyat

"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

13 Yanvar 2018 14:27
Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan "Şahdəniz-2" ən böyük qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə SOCAR-da "Natural Gas World (NGW)" məlumat verib.

SOCAR-dan bildiriblər ki, "Şahdəniz-2" çərçivəsində ilkin hasilat böyük həcmdə olmayacaq.

Transanadolu boru kəmərinin (TANAP) qazla doldurulmasına gəlincə (yanvarda başlanılması nəzərdə tutulur), şirkətdən qeyd ediblər ki, bu qazın mənbəyi "Şahdəniz-2" deyil, "Şahdəniz-1" yatağı olacaq.

Bundan başqa, "Şahdəniz-2"-nin opretaoru olan BP-dən məlumat verilib ki, 2019-cu ildə layihə çərçivəsində daha 2 milyard kubmetr həcmində qaz hasilatı gözlənilir. Bu həcmin Türkiyəyə tədarük ediləcəyi bildirilib:

"Ümumilikdə 2019-cu ildə Azərbaycandan Türkiyəyə qaz tədarükünün 8,5 milyard kubmetrə çatacağı gözlənilir. (2017-ci ildə isə bu göstərici 6,5 milyard kubmetr olub). 2021-ci ildə isə bu həcm 12,5 milyard kubmetrə çatacaq".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin reallaşdırılması çərçivəsində illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.