İqtisadiyyat

Azərbaycan neftinin son qiyməti

12 Yanvar 2018 23:21
0 Şərh     Baxış: 2 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,59 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 11-də 68,8 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 11-də 70,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.