İqtisadiyyat

OPEK-dən Azərbaycanın neft hasilatına dair PROQNOZ

17 Dekabr 2017 18:43
Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barrel təşkil edəcək. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.

Əvvəlki hesabatda OPEK neft hasilatının 2017 və 2018-ci illərdə müvafiq olaraq 0,06 milyon barrel və 0,05 milyon barrel azalacağını proqnozlaşdırırdı.

Hesabata əsasən, oktyabr ayında Azərbaycanda orta sutkalıq neft hasilatı 0,81 milyon barrel olub ki, bu da sentyabr ayının göstəricisindən 0,01 milyon barrel yüksək, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0,03 milyon barrel aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.