İqtisadiyyat

“Amazon” və “Google” banklara rəqib olacaq

16 Dekabr 2017 19:26
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya "Sberbank"ının rəhbəri German Qref "Amazon" və "Google"un bankların rəqibinə çevriləcəyini deyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, G. Qref bankların maliyyə texnologiyalarının inkişafından qorxduğunu etiraf edib. O bildirib ki, texnoloji şirkətlər öz maliyyə platformalarını istifadəyə verərsə, banklarla rəqabətə girə bilər.

G. Qref proqnozlaşdırır ki, "Amazon" və "Google" tezliklə "Amazon Finance" və ya "Google Finance" adı altında şirkətlər qeydiyyatdan keçirəcək: "Bu, artıq gələn il baş verə bilər. Hazırda banklar üçün prioritet texnoloji transformasiya olmalıdır. Banklar sürətlə inkişaf edən qlobal texnoloji şirkətlərdən geri qalır. Banklar ağlayır ki, Silikon vadisində hər gün onların səhər yeməyini yeyirlər. Biz ağlayanlara qoşulmaq istəmirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.