İqtisadiyyat

Dünyanın ilk qızıl əsaslı kriptovalyutası ilə tanış olun - CURRENSEE

16 Dekabr 2017 19:02
1 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ilk 100% qızıl əsaslı kriptovalyutası - CURRENSEE yaradıldığı elan edildi. Mərkəzi ofisi Dubayda yerləşən Currensee qlobal investorları cəlb etmək niyyətindədir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, "biz birjada listinq olunmamışdan öncə investorlara kriptovalyutamızı almaq üçün imkan yaradırıq, çünki birjada listinq olunandan sonra qiyməti kəskin artacaq", Currensee-nin təsisçiləri bildiriblər.

Qızıl əsaslı rəqəmsal valyutanın dəyəri hər bir edilmiş tranzaksiya nəticəsində artır.

Currense ekosistemində baş verən hər bir tranzaksiya bu kriptovalyutanı gücləndirəcək. Hər bir tranzaksiya haqqından ( maksimum 10 dollar və ya 1%) əldə edilən gəlirin 80%-i yenidən qızıl alınması üçün istifadə olunancaq. Nəticədə, tranzaksiyaların həcmi artdıqca qızıl anbarına daha çox qızıl əlavə ediləcək.

Currensee-nin rəqəmsal valyutaların ilkin kütləvi yerləşdirilməsi (İCO) vasitəsi ilə 15 000 000 rəqəmsal valyutanın satışa təqdim olunacağı gözlənilir. İCO bitdikdən sonra, rəqəmsal valyutanın sahibləri hansı birjalarda listinq edilibsə həmin birjalar vasitəsi ilə Currensee-ni rahatlıqla alıb-sata biləcəklər.

Hazırda kriptovalyuta bazarında böyük canlanma yaşanır. Currensee-nin həm qızıla investisiya və həmçinin, kriptovalyutaya investiya kimi 2 qat faydası var. Buna görə də Currensee ən yaxşı investisiya seçimlərindən biri ola bilər.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.