İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

13 Dekabr 2017 23:30
0 Şərh     Baxış: 3 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,35 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 65,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 62,48 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 12-də 64,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.