İqtisadiyyat

BMT: 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artacaq

12 Dekabr 2017 11:28
Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.

Hesabata əsasən, 2017-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, 2019-cu ildə isə 2,3 faiz artacaq.

Qeyd olunur ki, 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının bərpasına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması da kömək edəcək.

BMT-nin 2018-ci ilə proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, hökumət 2018-ci ildə ÜDM-in real artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci ildə iqtisadi artımın 0,3 faiz səviyyəsində olacağını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.