İqtisadiyyat

Muğanbank "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının sponsorudur

11 Dekabr 2017 17:14
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda, Fəvvarələr meydanında "Nargis Fund"un rəhbərliyi ilə dekabrın 1-dən yanvarın 15-dək keçirilən "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. Bu xeyriyyə yarmarkasında "Muğanbank" ASC sponsor qismində iştirak edir. Yarmarkada müxtəlif Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılır, konsert proqramları təşkil olunur, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdirilir.  Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalandır. Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. Məqsəd sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək verməkdir.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.