İqtisadiyyat

Gəncə ilə Moskva arasında aviareyslərin sayı artırıla bilər

11 Dekabr 2017 16:42
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Utair" aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.

Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq.

Eyni zamanda, analoji müraciət edən "Uralskie avialinii" aviaşirkətinin təklifi qəbul edilməyib.

Qeyd edək ki, "Utair" aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.