İqtisadiyyat

Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı - VİDEO

23 Noyabr 2017 21:14
3 Şərh     Baxış: 3 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba, Qusar və Xaçmazda çörəyin qiyməti enib. Bu rayonlarda fəaliyyət göstərən sex rəhbərləri eyni fikirə gələrək 40 qəpik olan çörəyin qiymətini 20 qəpiyə qədər endiriblər. Bu addım alıcıların ürəyincə olsa da, bəziləri məhsulun çəkisinin azaldıldığını bildirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şimal bölgəsində maraqlı aksiya başlayıb. Çörək sexləri 35-40 qəpiyə satılan çörəyin qiymətini 15 qəpik aşağı salıblar.
İlk olaraq bu aksiyaya Xaçmaz rayonunda başlanılsa da, sonradan Qusar və Qubada fəaliyyət göstərən çörək sexləri də onlara qoşulub.
Bu bütün çörəklərə şamil olunmur. Sadəcə 500 qram olan çörəklərdə qiymət endirilib.
Qiymətin aşağı salınması sakinlərində ürəyincədir.
Sex sahibləri bildirirlər ki, topdan və pərakəndə satışda da eyni qiymətdir. Ancaq bəzi alıcılar çəkinin azaldığını iddia edirlər. Bildirilir ki, əvvəlcə çəkisi 500 qram olan çörək hazırda 430-450 qram olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.