İqtisadiyyat

"2020-ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barreli ötəcək"

24 Noyabr 2017 00:45
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barreli ötəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.

O qeyd edib ki, 2020-ci ilə qədər qlobat neft tələbatının gündəlik 100 milyon barreli ötəcəyi proqnozlaşdırılır. 2040-cı ilə qədər isə bu göstərici 111 milyon barrel səviyyəsinə çatacaq. Bu artan tələbatın əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən formalaşacaq.

"Yaxın gələcəkdə neft və qaz dünya enerji səbətində böyük rol oynayacaq. Neft-qazın 2040-cı ilə qədər dünya enerji səbətinin təxminən 52 faizini təşkil edəcək. 2040-cı ilə qədərki dövrdə ümumi enerji tələbatı 35 faiz artacaq", - deyə M.Barkindo əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.