İqtisadiyyat

Maliyyə Naziri: Neft gəlirləri ehtiyatda saxlanılmalıdır

22 Noyabr 2017 20:05
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"Bəzi xərclərin artırılmasına ola bilsin ki, ehtiyac var. Ancaq Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur".

Nazir həmçinin millət vəkillərinin Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlərinə də münasibət bildirib.

O qeyd edib ki, dövlət idarəetmə xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır:

"Bu məsələyə faizlə baxılması ədalətli deyil. 2017-ci ildə həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarında 17 mln. manatdan artıq vəsaitin qənaətinə nail olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.