İqtisadiyyat

Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb

22 Noyabr 2017 10:36
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı "Şəffaf vergi partnyorluğu statusuna" layiq görüb. Noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə Kapital Bank-a bildiriş göndərilib.

Qeyd edək ki, Kapital Bank Azərbaycan Respublikası Vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 mln. manat vergi ödəyib.

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.