İqtisadiyyat

AYİB-dən Azərbaycanın 2018-ci il iqtisadiyyatı üzrə proqnoz

22 Noyabr 2017 08:22
0 Şərh     Baxış: 1 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2 faiz arta bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş hesabatında bildirilir.

Bu il AYİB-in proqnozlarına görə, Ölkə ÜDM-in 0,5 faiz azalması gözlənilir.

Bankın analitiklərinin fikirinə görə, gələn il iqtisadiyyat artımına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının başlanması və Transanadolu boru kəmərinin işə düşməsi təsir edəcək.

Bunula belə, hesabatda qeyd olunur ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün və hökumətə likvidliyin saxlanması üçün sərt pul-kredit və fiskal siyasətə riayət etmək lazımdır.

AYİB-in 2018-ci il üçün proqnozları Azərbaycan hökumətinin gözləntilərindən çoxdur. Belə ki, ölkə hökuməti 2018-ci ildə Azərbaycanın real ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci il üçün iqtisadi artımı 0,3 faiz səviyyəsində gözləyir.

AYİB Azərbaycan ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına 2,8 milyard dollara yaxın investisiya qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.