İqtisadiyyat

Elman Rüstəmov: 2018-ci ildə inflyasiya 6 faizədək azaldılmalıdır

21 Noyabr 2017 19:02
Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin plenar iclasında gələn il üçün büdcə paketinin müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu il Mərkəzi Bank mühafizəkar antiinflyasiya siyasəti yeridir və bu çərçivədə milli valyutada toplanmanın stimullaşdırılması məqsədilə faiz dərəcəsi artırılmayıb. E.Rüstəmov qeyd edib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya yüksək olub - 13,7 faiz.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci il üçün orta illik inflyasiyanı 13,2 faiz səviyyəsində proqnozlaşdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.