İqtisadiyyat

İlin əvvəlində 800 dollar idi indi 8 min dollar

18 Noyabr 2017 20:56
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virtual kriptovalyuta "Bitcoin"in (BTC) qiyməti bu gün Asiya bazarlarında keçirilən hərraclarda 8 000 ABŞ dolları səviyyəsini ötərək tarixi rekordunu yeniləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla da bitkoinin dəyəri ilin əvvəlindən 8 dəfə artım göstərib.

BTC barədə müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, onun qiyməti artmağa davam edir. Qeyd edək ki, BTC noyabrın 1-də 7 000 dollar səviyyəsini ötmüşdü.

"Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) "CNBC" telekanalına müsahibəsində bitkoinin yaxın 10 ildə 50 min dolları ötəcəyini bildirib.

Moasın sözlərinə görə, yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.