İqtisadiyyat

Qazaxıstan Azərbaycana sərnişin lokomotivlərinin tədarükü məsələsini nəzərdən keçirir

18 Noyabr 2017 09:04
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Azərbaycana sərnişin lokomotivlərinin tədarükü məsələsini nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Qazaxıstandakı səfirliyi "Lokomotiv istehsalat zavodu" ilə birgə əlavə 3 sərnişin lokomotivinin tədarükü məsələlərini nəzərdən keçirir.

Nazir müavini xatırladıb ki, 2015-ci ilin iyulunda "Lokomotiv istehsalat zavodu" və "Azərbaycan Dəmir Yolları" arasında Azərbaycana 10 lokomotivin tədarükü barədə saziş imzalanmışdı. Lokomotiv tədarükü 2016-cı ildə başa çatıb: ""Qazaxıstan Dəmir Yolu" və "Azərbaycan Dəmir Yolları" arasında davam edən sıx qarşılıqlı fəaliyyət də ikitərəfli nəqliyyat-tranzit əməkdaşlığının inkişafına əlavə təkan verib".

O qeyd edib ki, 2016-cı ilin yekunlarına əsasən Aktau-Bakı-Aktau istiqamətində 23 211 tranzit konteyneri və yük nəqliyyat vahidi daşınıb ki, bu da 2015-ci ilin göstəricilərini 270 faiz üstələyir. "Qazaxıstan dəmir yolu"nun proqnozlarına əsasən 2017-ci ildə Azərbaycanla Qazaxıstan arasında yük daşınmasının həcmi 30 faiz artacaq.

M.Mirzaqaliyev onu da qeyd edib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə 9 faiz yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.