İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

15 Noyabr 2017 23:07
2 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,79 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,77 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 14-də 59,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 14-də 60,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.