İqtisadiyyat

Neftin qiyməti düşür - Səbəblər və yeni proqnoz

15 Noyabr 2017 12:05
0 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyə başlayıb. "Brent" markalı neftin hər bareli son 2 gündə 3 faizə yaxın ucuzlaşaraq 61,3 dollaradək azalıb.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert neftin qiymətinin düşməsinin səbəblərini belə izah edib: "Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması, eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır. Eyni zamanda, Liviya və Nigeriyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur, həmçinin İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb".

V.Bayramov yaxın gələcək üçün neftin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb: "Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.