İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

14 Noyabr 2017 23:36
0 Şərh     Baxış: 949

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 64,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 61,19 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 13-də 63,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.