İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

7 Noyabr 2017 23:24
0 Şərh     Baxış: 2 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,58 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 61,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-da 64,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,75 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.