İqtisadiyyat

Azərbaycanın 2 bankı birləşmə barəsində danışıqlar aparırlar

5 Noyabr 2017 19:54
Baxış: 4 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın 2 bankı - NIKOIL Bank və AccessBank birləşmə barəsində danışıqlar aparırlar. Milli.Az bildirir ki, bu barədə Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçməsindən gedir.

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. AccessBank 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və AcessHolding-dir.

NIKOIL Bank-ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.