İqtisadiyyat

Bank of Baku birləşmə ilə bağlı xəbərlərə aydınlıq gətirdi

3 Noyabr 2017 17:10
0 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank of Baku AFB Bank ilə yaxın saatlarda birləşəcəyinə dair yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az bildirir ki, bankdan Trend-ə verilən məlumata görə, Bankın fəaliyyəti ilə bağlı bu kimi mühüm qərarlar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.

Bank ictimaiyyətin nəzərinə çatdırır ki, bu istiqamətdə heç bir qərar qəbul olunmayıb və yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bankın fəaliyyəti ilə bağlı hər hansı bir yenilik və ya dəyişiklik olduğu təqdirdə, ictimaiyyətə bu barədə Bankın məsul şəxsləri tərəfindən rəsmi məlumat veriləcək.

Bank müştərilərindən və cəmiyyətdən əsassız mənbələrə inanmamalarını, onları maraqlandıran sual və müraciətlərini məhz Bank of Baku-nun rəsmi internet ünvanına və sosial şəbəkələrdəki hesablarına yazaraq və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq dəqiqləşdirmələrini xahiş edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.