İqtisadiyyat

Avropanın illərdir həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə reallaşdırdı

14 Noyabr 2017 23:05
0 Şərh     Baxış: 972

"TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə üçün enerji təhlükəsizliyi baxımından çox önəmli layihədir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: "Çünki Türkiyənin idxal etdiyi təbii qazın 50%-i Rusiyanın payına düşür. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nail olmaq istədiyi enerji mənbələrinin diversifikasiyası enerji təhlükəsizliyimizi təmin edəcək".

Nazirlik rəsmisi bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli rəsmi Ankara və Bakının iradəsini nümayiş etdirir. "Avropa illərdir müzakirə etdiyi, lakin həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə birgə həyata keçirə bildi", - deyə o vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.