İqtisadiyyat

Proqnoz: Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq

21 Oktyabr 2017 17:48
Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Bankının (DB) analitikləri 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının 2,7 faiz artacağını proqnozlaşdırırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bankın "Regional Economic Update" yenilənmiş hesabatında qeyd edilir ki, Azərbaycanın kənd təsərrüfatı sektoru yaxın iki ildə də inkişaf etməyə davam edəcək.

2018-2019-cu illər üçün bank bu sektorda istehsalın artımını illik 2,8 faiz səviyyəsində proqnozlaşdırır.

Hesabata əsasən məhz kənd təsərrüfatı və istehsal sahəsindəki inkişaf sayəsində 2017-ci ilin ilk yarısında qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb. Kənd təsərrüfatı sektorundakı artım fonunda qeyri-neft ixracını da 11 faiz çoxaltmaq mümkün olub. Amma sənaye sektorunda 2017-ci ildə bank 2,7 faiz, 2018-ci ildə isə 0,1 faiz azalma proqnozlaşdırır. DB analitiklərinə görə, 2019-cu ildə sənayedə artım yenidən bərpa olunacaq - 0.7%.

Xidmət sektorunda isə, əksinə, növbəti üç il ərzində tədricən artım gözlənilir: 2017-ci ildə 0,7 faizdən 2019-cu ildə 2,8 faizədək.

Azərbaycan 1992-ci ildə DB-yə qoşulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.