İqtisadiyyat

Misirli diplomat: "Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var"

21 Oktyabr 2017 13:42
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Şopinq Festivalı, heç şübhəsiz, dünyanın bir çox ölkəsindən, xüsusilə qonşu dövlətlərdən Azərbaycana turistlərin cəlb edilməsi üçün mühüm fürsətdir".

Milli.Az xəbər verir ki, bunu bakushopfest.com saytına müsahibəsində Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi bildirib.

Onun fikrincə, bu festival yalnız əcnəbi vətəndaşları və turistləri cəlb etmək deyil, həm də ölkə vətəndaşlarını alış-verişə həvəsləndirmək, yerli məhsulların istehsalını artırmaq imkanı yaradır. Təsadüfi deyil ki, I Bakı Şopinq Festivalının əldə etdiyi böyük uğurdan sonra ikinci festivala qoşulan şirkət və brendlərin sayı xeyli artıb:

"Festivalın gedişində alış-veriş mərkəzlərinə böyük axının şahidi oluruq. Şübhəsiz ki, bu təcrübə yüksək qiymətləndirilməlidir və ənənənin davamlı olmasını arzu edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.