İqtisadiyyat

Neft Fondunun aktivləri nəyin hesabına artıb?

20 Oktyabr 2017 15:31
Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Neft Fondu aktivlərinin həcmini açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb.



Milli.Az xəbər verir ki, maliyyə məsələləri üzrə iqtsadçı-ekspert Samir Əliyev bildirib ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır:

"Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə 1,3 milyard dollar qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub".

Onun sözlərinə görə, funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimiz 232,4 milyon dollar həcmində artırıb. Qızılın bahalaşması da aktivləri artırıb. Belə ki, 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq 133,3 milyon dollar gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb:



"Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.