İqtisadiyyat

Xəzərdə kruizlər olacaq - Rusiya ilə danışıqlara başladı

18 Oktyabr 2017 12:57
0 Şərh     Baxış: 2 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:

"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Digər Xəzəryanı ölkələr gələcəkdə bu layihəyə qoşulmaq istəsə də, artıq Rusiya ilə Azərbaycan arasında belə bir kruizin təşkili ilə bağlı ilkin razılıq əldə edilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.