İqtisadiyyat

Azərbaycan-Rusiya sərhədində yeni körpü tikilir - 35 milyon yarıma başa gələcək - YENİLƏNİB - FOTO

18 Oktyabr 2017 18:39
0 Şərh     Baxış: 3 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:39

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi 1,2 mlrd. rubla (35,640 mln. manat) başa gələcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kaspi" şirkətinin Dağıstan filialının direktoru Məhəmmədrəsul Ömərov bildirib.

"Körpünün tikintisi 1,2 mlrd. rubla başa gələcək. Tikintinin maliyyələşməsi Azərbaycanla Rusiya tərəfindən həyata keçiriləcək. Hər bir tərəf vəsaitin 50%-ini ödəyəcək", - deyə filial müdiri qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təməlqoyma mərasimi Azərbaycanın "Samur" gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutub.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

Körpü üç zolaqlı olacaq.

----------

13:39

"Əminəm ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi sərhəd buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək".
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi hər iki istiqamətdə sərnişin və yükdaşımaların həcminin daha da artmasına səbəb olacaq: "Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi və sair layihələri göstərmək olar. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi də bu cür layihələrdən biridir. Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bunun sübutu kimi ilbəil sərnişin və yükdaşımaların həcminin artmasını göstərmək olar".

Nazir əlavə edib ki, çayın hər iki sahilində bir-biriləri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.
 
Tədbirdə çıxış edən Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qeyd edib ki, Samur çayı üzərindən yeni müasir avtomobil körpüsünün tikintisinin ərsəyə gəlməsinə səbəb Rusiya ilə Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin həcminin artmasıdır. "Körpünün tikintisinə dair hökumətlərarası saziş 2013-cü ildə iki ölkə başçısının razılığı ilə imzalanıb. O zamandan bəri sənədləşdirmə və layihələndirmə işləri aparılıb, həmçinin maliyyə və təşkilati məsələlərə başlanılıb. Biz səbirsizliklə bu körpü ilə nəqliyyat vasitələrinin hərəkət edəcəyini gözləyirik. Bizim babalarımız tərəfindən inşa edilən körpü beynəlxalq tələblərə cavab vermir. Ümid edirəm ki, 2019-cu ilin yaz aylarında artıq körpü istismara hazır olacaq", - deyə M. Sokolov qeyd edib.

----------

12:28

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
 
Təməlqoyma mərasimi Azərbaycanın "Samur" gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutub.
 
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.
 
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
 
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
 
Körpü üç zolaqlı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.