İqtisadiyyat

Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı?

16 Oktyabr 2017 12:08
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ABŞ-da ticarət evi açmaq imkanlarını nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

O qeyd edib ki, bu qərar gələcəkdə qəbul edilə bilər: "Hər şey Birləşmiş Ştatlarla əmtəə dövriyyəmizin həcmindən və dinamikasından asılıdır. Biz təhlil aparmağa davam edirik və əmtəə dövriyyəsinin uğurla genişləndiyi və müsbət dinamika nümayiş etdirdiyi ölkələrdə ticarət evlərinin yaradılması üzərində işləyəcəyik".

Xatırladaq ki, artıq Belarusda Azərbaycan Ticarət Evi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.