İqtisadiyyat

Azərbaycan Aİ-95 benzin istehsal edəcək

12 Oktyabr 2017 21:21
3 Şərh     Baxış: 764

Azərbaycan hazırda xaricdən aldığı 95 markalı benzini artıq özü istehsal edəcək. Bunun üçün Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri gedir. 2020-ci ildə artıq Azərbaycandakı avtomobil sahibləri maşınlarına yerli 95 markalı benzin tökərək sürə biləcəklər.

Hazırda xaricdən ixrac edilən 95 markalı benzini Azərbaycan özü istehsal edəcək.Bundan başqa Azərbaycanda istehsal olunan digər yanacaq növlərinin keyfiyyəti də dəfələrlə artacaq. Bu Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma işləri sayəsində mümkün olacaq.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, zavodun modernizasiya və yenidənqurma üzrə direktor müavini Rasim İbrahimov bildirir ki, artıq yenidənqurma üçün fit layihə hazırdır və yaxında tender keçirilərək tikinti işlərinə başlanacaq.
Smeta dəyəri 1 milyard 500 milyon dollar olan modernizasiya işləri neft emalı sahəsində dünyanın aparıcı şirkətləri ilə birgə həyata keçirilir. Bu isə o deməkdir ki, əldə olunan məhsullar da ən yüksək keyfiyyətdə olacaq, eləcə də zavodun istehsal həcmi artırılacaq.
Yeni qurğuların quraşdırılacağı ərazilərdə isə hazırlıq işləri demək olar ki artıq yekunlaşmaq üzrədir.
Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan 92 markalı benzin hazırda avro-3 standartlarına uyğundur və 95 markalı benzin isə xaricdən idxal olunur. Dövlət başçısının qarşıya qoyduğu hədəflərdən biri də məhz yanacağın keyfiyyətinin yüksəldilməsi və 95 markalı benzinin Azərbaycanda istehsalının təmin edilməsi ilə bağlıdır. Yüksək keyfiyyətli yanacaqdan isə Azərbaycanda sürücülər 2020-ci ildən istifadə etməyə başlayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 12 Oktyabr 22:2210

    guya xaricidən alınır ki?)

    Cavab yaz
  • Anonim
    Harun · 12 Oktyabr 22:4510

    Nə yaxşı oldu, benzinin qiyməti bir az ucuzlaşar

    Cavab yaz
  • Anonim
    Elshan · 13 Oktyabr 09:1610

    Qiymet ay ucuzlashdiyaaa... 2020-ye qeder qiymeti 1-2 manat da artirarlar, ondan sonra istehsal ederler. Amma yene de hec inanmaq olmur ki, dogurdan da 95 oktanli benzin keyfiyyetinde olacaq... 95 adiyla 92 satacaqlar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.