İqtisadiyyat

Unibank kapitalını 21 milyon manat artırır

9 Oktyabr 2017 16:14
Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Unibank" KB ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tututlur. Bu haqda məsələ  səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında  müzakirə olunacaq.  Bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır.  İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırıldı.
 
Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meyilləri Unibankın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə Unibankın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların bankın daha da böyüməsində marağını ortaya qoymaqla,  ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin  maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir.
Kapital artımı bankın ölkə iqtisadiyyatına daha çox töhfələr vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək. 
 
"Unibank" KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.